Ümumdünya Səhiyyə Təşkilatı həyəcan təbili çalaraq, bildirib ki, antibiotiklərə qarşı davamlı yeni bakteriya formaları yayılıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, mütəxəssislər ehtimal edir ki, əgər yeni dərmanlar hazırlanmazasa, insanlar yenidən adi infeksiyadan ölməyə başlayar.
Həkimlər xəbərdarlıq edərək, bildirib ki, hazırda mikroorqanizmlərdə hətta, ən müasir preparatlara belə dözümlülük yaranmaqdadır.
Təşkilat yeni dərmanlar üzərində nəzarəti yaxşılaşdırmağa da çağırıb.