“Ölkə ərazisində “Amerikanın səsi” radiostansiyasının yayımı ilə bağlı müqavilənin dayandırması haqda Rusiya hakimiyyətinin qərarına qarşı ABŞ cavab addımı atmaq niyyətində deyil».
Lent.az-ın “İnterfaks”a istinadən məlumatına görə, aprelin 10-da ABŞ Dövlət Departamentinin təmsilçisi Cennifer Psaki bu bəyanatla çıxış edib.
C.Psaki bildirib ki, ölkəsi Rusiya hakimiyyətinin bu addımını “mühakimə edir”.
“ABŞ söz, mətbuat azadlığına hörmət edən dövlət olaraq, bu kursu davam etdirəcək və bu yöndə Rusiyaya qarşı cavab addımı atmayacaq” -deyə, o, vurğulayıb.
Xatırladaq ki, bu həftə ABŞ-ın yayım məsələləri üzrə şurası “Amerikanın səsi” radiostansiyasının Moskvada uzun dalğada yayımı ilə bağlı müqavilənin dayandırılması haqda bildiriş alıb.