“American Airlines”-in təyyarəsi təcili eniş etdi
30 dekabr 2014 06:26 (UTC +04:00)

“American Airlines”-in təyyarəsi təcili eniş etdi

0

“American Airlines” aviaşirkətinə məxsus Boeing 767 təyyarəsi Yamaykanın paytaxtı Kinqstonda təcili eniş edib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə,  enişə səbəb salonda germetikliyin pozulması olub.

 

“American Airlines” şirkətinin rəsmi nümayəndəsi Keysi Norton bildirib ki, təyyarənin göyərtəsində 197 sərnişin və 9 ekipaj üzvü var. Hazırda Boqota-Mayami marşrutu ilə uçan təyyarə texniki yoxlamadan keçir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 243

Oxşar yazılar