“Air France”  müştərilərinin bir hissəsini itirib
20 noyabr 2015 02:31 (UTC +04:00)

“Air France” müştərilərinin bir hissəsini itirib

0

“Air France” aviaşirkəti Parisdə törədilən terror aktlarına görə müştərilərinin bir hissəsini itirib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, aviaşirkət dəyən ziyanın həcmini hələlik müəyyənləşdirməyib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Los Ancelesdən Parisə uçan təyyarə təhlükəsizlik baxımından marşrutunu dəyişərək Yuta ştatındakı Solt-Leyk-Siti hava limanında enib.

 

Bundan başqa, Parisdə törədilən terror aktlarından sonra Fransanın turizm sahəsi 3 mlrd dollar ziyan çəkib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 417

Oxşar yazılar