Zimbabvedə ağdərili fermerlər ölkə prezidenti Robert Muqabenin sonuncu bəyanatını ciddi qəbul etdiklərini bildirib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bir müddət öncə o, bəyan edib ki, ağ dərili fermerlər torpaqlarını təhvil verməlidir.
R.Muqabe deyib ki, ölkənin ağ dərili əhalisinin şəhərdə şirkəti və əmlakı ola bilər, ancaq onlar torpaq sahibi ola bilməzlər. O, nazirlər kabinetinə və qara dərili torpaq yiyələrinə xəbərdarlıq edərək, ərazilərini ağ dərililərə icarəyə verməkdən çəkinməyə çağırıb.
Ağ dərili fermerlər birliyinin direktoru Xendris Olivenin sözlərinə görə, kəndə təsərrüfatı işçiləri qorxu içindədir və onlar Zimbabvedə yenidən irqi məsələnin qaldırılmasına təəssüf edirlər. O, bildirib ki, ölkədə 150 təsərrüfat ağ dərililərə məxsusdur.