Rusiyanın “Aeroflot” hava şirkəti Ukraynanın Donetsk şəhərinə gündəlik uçuşların sayını azaldıb. Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, əvvəllər gündə iki reys edilirdisə, bu rəqəm birə endirilib.
Hava şirkəti mətbuat xidməti xəbəri təsdiqləyərək, bildirib ki, aprelin 8 və 9-da uçuşlar bu rejimlə həyata keçiriləcək.
Moskvadan Donetskə gündə iki reys rejimi 2013-cü ilin yanvarından gerçəkləşdirilir. Bu tarixədək gündəlik bir uçuş icra olunurmuş.