Rusiyanın Kazan şəhərində güclü yanğın baş vermiş “Admiral” ticarət mərkəzində xilasetmə işləri zamanı daha iki cəsədin qalıqları aşkarlanıb. Beləliklə, yanğın qurbanlarının sayı 9-a çatıb. APA-nın məlumatına görə, bu barədə “İnterfaks”a Rusiya FHN-nin Tatarıstan üzrə İdarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Rodıqin bildirib. Onun sözlərinə görə, sayca səkkizinci cəsəd yerli vaxtla 00.15-də, doqquzuncu meyitin qalıqları isə 01.15-də aşkarlanıb.
Məlumatda, dağıntılar altında, həmçinin, FHN-nin polkovnik-leytenantının qaldığı bildirir. Onun son anadək ticarət mərkəzində qalan insanları xilas etməyə səy göstərdiyi, lakin binanı tərk etməyə macal tapmayaraq uçqun altında qaldığı bildirilir.
“Admiral” ticarət mərkəzində yanğın martın 11-də baş verib. Yanğın 4 min kv. m-lik ərazini əhatə edib. Binadan 650 nəfər təxliyə olunub. Dağıntılar altında hələ də 25 nəfərədək insanın qaldığı ehtimal olunur.