“AB Rusiyaya qarşı daha sərt sanksiyalar hazırlamalıdır”
04 aprel 2014 20:42 (UTC +04:00)

“AB Rusiyaya qarşı daha sərt sanksiyalar hazırlamalıdır”

Britaniyanın xarici işlər naziri Vilyam Heyq bildirib ki, Moskva Ukraynadakı gərginliyin azaldılması yönündə heç bir tədbir görmədiyindən Avropa Birliyi (AB) ölkələri Rusiyaya qarşı daha sərt iqtisadi sanksiyalar hazırlamalıdır.

 

Lent. az-ın “RBK”-ya istinadən məlumatına görə, bu haqda “Röyter” xəbər yayıb.

 

“Rusiya tərəfdən gərginliyin azaldılması ilə bağlı heç bir fəaliyyət görmədik. Ona görə də Avropa zəiflik göstərməməli və sanksiyanın üçüncü mərhələsini hazırlamalıdır. Biz güclü və vahid mövqedən cavab verəcəyimiz başa salmalıyıq”-deyə, ingilis diplomat vurğulayıb.

 

Mənbə bildirib ki, V.Heyq bəzi Avropa dövlətlərinin hələ Rusiyaya qarşı durmağa hazır olmadıqlarını da etiraf edib: “Ancaq vəziyyət təhlükəli olduğundan onlar buna hazırlaşmalıdır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518
avatar

Oxşar yazılar