«Slovakiya qaz tədarükündə Ukraynaya yardıma hazırdır»
25 mart 2014 05:17 (UTC +04:00)

 «Slovakiya qaz tədarükündə Ukraynaya yardıma hazırdır»

«Slovakiya Ukraynaya təbii qaz tədarükünü təşkil edə bilər, ancaq pul ödəməyə hazır deyil».

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, ölkənin baş naziri Robert Fitso bu bəyanatla çıxış edib.

 

Onun sözlərinə əsasən, rəsmi Bratislava Avropa Birliyinin maraqları baxımından Ukraynaya yardım etməlidir, ancaq bu, o demək deyil ki, hər nəyə görə Avropa ödəməlidir.

 

«Biz yardım etməyə hazırıq, ancaq hər yardım həddi və iqtisadi limti var»  -deyə, baş nazir bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545
avatar

Oxşar yazılar