“Putin  Ukraynanın ərazi bütövlüyünə hörmət edəcəyinə söz verdi”
27 fevral 2014 20:17 (UTC +04:00)

“Putin Ukraynanın ərazi bütövlüyünə hörmət edəcəyinə söz verdi”

Rusiya prezidenti Vladimir Putin telefon söhbətində öz amerikalı həmkarı Barak Obamaya söz verib ki, Ukraynanın ərazi bütövlüyünə hörmət göstəriləcək.

APA-nın xəbərinə görə, bunu MSNBC telekanalına müsahibəsində ABŞ dövlət katibi Con Kerri deyib.

 

C. Kerri bildirib ki, V. Putin telefon danışığında B. Obamanı Ukraynanın ərazi bütövlüyünə hörmət edəcəyinə əmin edib: “Bu, həddən artıq vacibdir. Əks təqdirdə, mən Rusiyanın Liviyaya, Suriyaya münasibətdə mövqeyini, başqa dövlətin işlərinə qarışmamaq barədə şərt qoymasını və buna rəğmən Ukraynanın suverenliyinə, xalqın iradəsinə hörmətsizlik göstərməsini anlaya bilməzdim”.  

 

C. Kerri ümid etdiklərini bildirib ki, Rusiya bu məsələyə “soyuq müharibə”nin davamı kimi baxmayacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1335
avatar

Oxşar yazılar