“Yəhudi xalqını kim və necə yaratdı”-ya etirazlar davam edir   
27 iyun 2014 05:32 (UTC +04:00)

 “Yəhudi xalqını kim və necə yaratdı”-ya etirazlar davam edir   

0

2008-ci ildə Təl-Əviv Universitetinin professoru Şlomo Zand “Yəhudi xalqını kim və necə yaratdı” adlı kitabında yeni nəzəriyyə irəli sürüb.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, bu araşdırmaya əsasən, yəhudi xalqı uydurmadır. Mənbə bildirib ki, onda bu kitab bestsellr oldu və  çoxlu sayda dilə tərcümə edildi.

 

Məlumata əsasən, professor Zandın kitabı 19 həftə İsraildə ən çox satılan əsər olub. Fransa tarixində isə bu ən çox satılan kitabdır.

 

 

Bundan başqa 2010-cu ildə dünyanın 10 dövləti  Almaniya, İtaliya, İspaniya, Portuqaliya, Macarıstan, Sloveniya, Xorvatiya, Türkiyə, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri və Yaponiya bu kitabı öz dilində oxuyub.

 

Yəhudi Universitetinin professoru Şaul Stampferin başçılıq etdiyi tarixçilər isə aşkinazi yəhudilərin xəzərlərdən əmələ gəldiyini və VIII əsrdə kütləvi şəkildə iudaizm dinini qəbul etməsi ilə bağlı tezisi təkzib ediblər.

 

Stampfer bu tezisi “gözəl uydurma” adlandırıb. O, qeyd edib ki, Xəzər xaqanlığı 650-969-cu illərdə mövcud olub. Orada çoxlu sayda etnik qrupun təmsilçiləri – iranlılar, türklər, slavyanlar və çərkəzlər yaşayıb. Ancaq onların kütləvi şəkildə iudaizmi qəbul etməsinə dair tarixi fakt yoxdur.

 

Mənbə xatırladıb ki, professor Zandı mübahisəli işləri yalnız akademik dairələrdə deyil, bütövlükdə İsrail cəmiyyətində ciddi müzakirələrə səbəb olub.

 

Kitabın əsas tezisi belədir – “yəhudilərin tarixi vətəndən qovulması mifdən başqa bir şey deyil”.

 

Tarixçi “millət” termininin yəhudilərə şamil edilməsinin düzgün olmadığını qeyd edərək, əslində İbrahim, Davud və Süleyman peyğəmbərlərin Fələstin ərəblərinin əcdadları olduğunu bildirib. Zandın fikrincə, İsrail “Yəhudi Demokratik Dövləti” formulundan imtina edərək “hamının dövləti” olmalıdır.



Mənbə bildirib ki, İsrailin bir çox düşmənləri və antisemitlər Şlomo Zandın tezislərinə geniş əsaslanırlar. Onun əsərinə İran KİV-ləri, Fələstin mücahidləri, Avropadakı antisemit birliklər və s. istinad edirlər. Professor Zandın əsəri İsrailin özündə də, xüsusən “solçu” düşərgənin siyasi tərəfdarları tərəfindən geniş dəstəklənir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1817

Oxşar yazılar