Cənubi Koreya hakimiyyəti qəzaya uğrayaraq batan “Sevol” bərəsinin kapitanını həbs edib.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, 68 yaşlı Li Çjun Sok və daha iki heyət üzvü həbs edilib. Onların həbsinə səbəb kimi olayla bağlı dəlil -sübutu məhv etmələrindən və ya gizlətmələrindən ehtiyat edildiyi göstərilib. Kapitan Li xidməti vəzifəsinə soyuq münasibət bəsləməkdə və dəniz qanunlarını pozmaq da ittiham edilir.
Müstəntiqlərin əldə etdikləri məlumata görə, qəzadan sonra kapitan gəmini dərhal tərk edib. Sərnişinlər isə ekipajı insanların evakuasiyası üzrə lazımi tədbirlər görməməkdə günahlandırıb.
“Sevol” bərəsi aprelin 16-da Cənubi Koreyanın cənubi-qərb sahillərində qəzaya uğrayıb. Hazırda 28 nəfərin ölümü təsdiqlənib, 268 nəfər itkin düşmüş hesab edilir.