Rusiyanın “Aeroflot” hava şirkəti mayın 12-dən sonrakı tarixə Donetsk və Xarkov istiqamətində biletlərin satışını dayandırıb.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, buna səbəb kimi mayın 2-dən Ukrayna tərəfin Donetsk və Xarkov hava limanlarına uçuşu yasaqlaması göstərilib.
Mayın 12-dən sonrakı tarixlərə bu istiqamətlərə bileti olan sərnişinlər onu geri qaytara bilər.