““HƏMAS”-ın tunelləri məhv edilməyənədək əməliyyat dayandırılmayacaq”
31 iyul 2014 22:45 (UTC +04:00)

““HƏMAS”-ın tunelləri məhv edilməyənədək əməliyyat dayandırılmayacaq”

0

“HƏMAS”-ın İsrail ərazisinə girməsi  üçün istifadə etdiyi tunellər məhv edilənədək Qəzza zolağında hərbi əməliyyatlar dadayandırılmayacaq.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu bəyanatı İsrailin baş naziri Binyamin Netanyahu verib.

 

İsrail hərbçiləri bir müddət öncə əməliyyatların bir neçə günə başa çatacağını bildirmişdi.

 

Xatırladaq ki, İsrail ordusu iyulun 8-dən Qəzza zolağında “HƏMAS” yaraqlılarına qarşı irimiqyaslı hərbi əməliyyata başlayıb.

 

Mənbə bildirib ki, 23 gündə çoxu dinc sakin olmaqla 1300 fələstinli öldürülüb. İsrail tərəfdən isə 56 əsgər və 3 dinc sakin həlak olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 880

Oxşar yazılar