““Cənub axını” Avropa qanunlarına cavab vermir”
05 iyun 2014 01:16 (UTC +04:00)

““Cənub axını” Avropa qanunlarına cavab vermir”

0

Avropa Komissiyasının prezidenti Jozef Manuel Barroza “Cənub axını” təbii  qaz kəməri tikinti layihəsi ilə bağlı açıqlama verib.

 

Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, o, bildirib ki, bu layihə Avropa Birliyinin qanunlarına “100 faiz cavab verməlidir”.

 

Brüsseldə keçirdiyi mətbuat konfransında o, deyib: “Avropa Komissiyası təmin edəcək ki, Avropa Birliyinin bütün energetika layihələri, eləcə də “Cənub axını” kimi planları Avropanın energetika rəqabətinin qaydalarına cavab versin”.

 

Komissiya sədri xatırladıb ki, kəmərin tikintisinin dayandırılması ilə bağlı Bolqarıstana qarşı uyğun prosedura başlanılıb.

 

Onun sözlərinə görə, “Cənub axını” AB-nin “Üçüncü energetika paketinin tələblərinə cavab vermir”.

 

“Bu bizim məsələyə daha ciddi yanaşdığımızı göstərir. Əgər daxili bazarımıza əngəl yaratmaq istəyən başqa dövlətlərə də uyğun prosedur tətbiq ediləcək”- deyə, o, vurğulayıb.

 

Xatırladaq ki, ötən gün Avropa Birliyinin Energetika üzrə Komissiyası “Cənub axını” layihəsinin tikintisini qurumun qanunlarına uyğun saymadığını bildirib.

 

Avropa komissiyası Bolqarıstanı Rusiyanın “Cənub axın” təbii qaz kəməri tikintisi ilə bağlı işləri dayandırmağa çağırıb.

 

İyunun 3-də komissiyanın təmsilçisi Sabina Berger bu haqda açıqlama verərək, deyib: “Avropa Birliyinə üzv dövlətlərlə Rusiya arasında “Cənub axını” qaz kəməri üzrə müqavilə qurumun qanunlarına uyğun deyil. Qanunvericilik tədarükçünün kəmərə nəzarət etməsinə yol vermir. Avropa Komissiyası Rusiyanın “Qazprom” şirkətinin iştirakı ilə gerçəkləşən bu layihəni yasaqlamasa da, AB-nin enerji təhlükəsizliyi baxımından  məsələnin yenidən nəzərdən keçirilməsində israr edir”.

 

Mənbə xatırladıb ki, Krımın Rusiya tərəfindən ilhaqından sonra sözügedən qaz kəmərinin tikintisi layihəsinin təsdiqlənməsi prosesi dayandırılıb.

 

 

Məlumata əsasən, “Cəunb axını”  “Qazprom”-un infrastruktur layihəsidir. Bu kəmər Ukrayna ərazisindən Qara dənizə, oradan isə Cənubi və Mərkəzi Avropaya uzanmalıdır.

 

Təbii qazın axını 2015-ci ilin sonuna planlaşdırılıb. 2018-ci ildən isə layihənin tam gücü ilə işləməsi nəzərdə tutulub.

 

Qara dəniz sahəsində kəmərin uzunluğu 930 km -dir. Bolqarıstan, Serbiya, Macarıstan, Sloveniya və İtaliyayadək uzanacaq kəmərin qurudakı uzunluğunun 1455 km yaxın olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 960

Oxşar yazılar