ABŞ prezidentinin müavini Cozef Bayden Malayziya hava yollarına məxsus təyyarənin vurulması ilə bağlı bəyanat verib. Lent.az-ın “UNN”-ə istinadən məlumatına görə, o, deyib ki, təyyarənin rusiyayönlü terrorçular tərəfindən vurulmasına dair Amerikanın təkzibedilməz sübutu var.
Mənbə bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenko ilə Bayden telefon danışığı zamanı BMT Təhlükəsizlik Şurasının təcili toplantısının nəticələrini də müzakirə ediblər.