Qahirədəki İtaliya konsulluğunda partlayışa görə 1 nəfər saxlanıldı
11 iyul 2015 19:42 (UTC +04:00)

Qahirədəki İtaliya konsulluğunda partlayışa görə 1 nəfər saxlanıldı

 

Qahirədə İtaliya konsulluğunda baş vermiş partlayışla bağlı 1 nəfər şübhəli şəxs saxlanılıb. Lent.az-ın TASS informasiya agentliyinə istinadən məlumatına görə, partlayıcı qurğu yerləşdirilmiş avtomobilin Süveyş şəhərindən gəldiyi öyrənilib. Hadisənin Sinan vilayətində fəaliyyət göstərən radikal dəstə tərəfindən törədildiyi zənn edilir. Qeyd edək ki, həmin radikal dəstə 29 iyun tarixində də Qahirədə oxşar terror hadisəsi törətmişdi

 

***

 

10:43

 

Qahirədəki İtaliya konsulluğunda partlayış baş verib.

Lent.az-n TASS informasiya agentliyinə istindən məlumatına görə, partlayıcı qurğu konsulluğun yaxınlığındakı avtomobildə yerləşdirilib.  

Partlayış zamanı 5 nəfər xəsarət alıb. Onlardan ikisi Konsulluğun polis işçisi, 3-ü isə yoldan keçən vətəndaşdır. Partlayış zamanı vəziyyəti ağır olan yaralılardan biri dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259
avatar

Oxşar yazılar