Amerikalı məşhur idmançı 2300 metrdən tullanıb öldü
18 may 2015 19:16 (UTC +04:00)

Amerikalı məşhur idmançı 2300 metrdən tullanıb öldü

ABŞ-ın ən məşhur beyscamperlərindən və qayaya dırmaşanlarından biri olan Din Potter və onun vinqsyutla (qanadlı kostyum) tullanış üzrə tərəf-müqabili Qrem Hant ABŞ-ın Yosemiti Milli Parkında uçuş həyata keçirərkən həlak olublar.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, ekstremallar Taft Point burnundan - 2286 metr hündürlükdən tullanan zaman həyatlarını itiriblər. 43 yaşlı Potter və 29 yaşlı Hantın cəsədlərini aşkar edən xilasedicilər onların paraşütlərinin açılmadığını bildiriblər.

Bəzi KİV-lər isə ekstremalların qayalardakı dar keçiddən keçən zaman həlak olduqlarını yazır.

Din Potter alpinistlər arasında Yosemiti Milli Parkında bir gündə üç sıldırım qayanı fəth edən novator kimi tanınırdı. Bundan başqa o, yüksək hündürlükdə kəndir üzərindən keçidə və paraşütlə böyük risklə müşayiət olunan tullanışına görə də məşhurluq qazanmışdı.

Dəfələrlə National Geographic jurnalının görkəmli ekstremalları sırasında yer alan Potter keçən il “İtlər uçan zaman” adlı filmə çəkmişdi. Bu film ona dünya şöhrəti gətirsə də, eyni zamanda, məşhur ekstremal heyvanları müdafiə cəmiyyətlərinin tənqidinə məruz qalmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266
avatar

Oxşar yazılar