ABŞ-ın keçmiş prezidenti Bill Klintonun olduğu təyyarə texniki nasazlıq üzündən Tanzaniyada qəza enişi edib.
Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, məlumatı CBS News yayıb.
Telekanalın məlumatına görə, qəza enişi təyyarənin dörd mühərrikindən birinin sıradan çıxması ilə bağlı olub. Təyyarənin göyərtəsindəki sərnişinlər və heyət üzvləri arasında xəsarət alan olmayıb.