APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 20.00-dək davam edəcək səsvermə vaxt fərqi olduğundan ölkənin 4 bölgəsində - Qərbi Qazaxıstan, Atırau, Aktyubinsk və Manqistaus vilayətlərində 1 saat gec başlayıb.
Hazırkı seçkilər Qazaxıstanda sayca beşincidir. Prezidenti vəzifəsi uğrunda üç namizəd – 1989-cu ildən hakimiyyətdə olan hazırkı dövlət başçısı Nursultan Nazarbayev, Qazaxıstan Xalq Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Turqun Sızdıkov və Qazaxıstan Həmkarlar Federasiyasının rəhbəri Abelqazi Kusainov mübarizə aparır.
Qeyd edək ki, növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərar ictimai təşkilatların və ölkə vətəndaşlarının çoxsaylı müraciətləri əsasında verilib. Qərar dünyada mürəkkəb iqtisadi vəziyyət və prezident seçkilərinin 2016-cı ilə planlaşdırılmış parlament seçkiləri ilə bir vaxtda düşməsi ilə əlaqədar verilib.
Bundan əvvəl 2011-ci ilin aprelin 3-də keçirilən prezident seçkiləri də növbədənkənar olub. Səsvermənin nəticələrinə əsasən Nursultan Nazarbayev95,55 faiz toplamışdı.