Medvedevdən ACİ ETİRAF: Rusiya ehtiyat fondunu xərcləməyə başladı
11 fevral 2015 16:44 (UTC +04:00)

Medvedevdən ACİ ETİRAF: Rusiya ehtiyat fondunu xərcləməyə başladı

Rusiya hökuməti daxil olmayan gəlirlərin kompensasiyası və büdcə üzrə öhdəliklərin yerinə yetirilməsi üçün ehtiyat fondan 500 milyard rubl ayırmaq haqda qərar verib.  Lent.az-ın məlumatına görə, bu barədə musavat.com-un Rusiya KİV-ə istinadən xəbər yayıb. Məlumata görə, bu barədə baş nazir Dmitri Medvedyev bu gün  ölkənin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə deyib. 
 
“Əvvəlki proqnozların verildiyi andan keçən müddətdə iqtisadi şərtlər güclü şəkildə dəyişib. İlk növbədə Rusiya ixracının əsasını təşkil edən məhsul və malların dünya qiyməti xeyli aşağı düşüb, xarici borc almalara çıxış imkanları olduqca məhdud olaraq qalır, bəzi maliyyə bazarları bizim üçün sadəcə, bağlanıb – bu isə iqtisadiyyatın artım tempində və istehlak ehtiyacında özünü göstərməyə bilməzdi”, - deyə baş nazir ümidsizcəsinə qeyd edib.  
 
Medvedyev məhz bu səbəbdən ehtiyat fonddan 500 milyard rubl ayrılması haqda sərəncam imzaladığını bildirib. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 101
avatar

Oxşar yazılar