Yunanıstanda məktəblilər aksiya keçirir. Lent.az-ın axşam.com.tr-ə istinadən məlumatına görə, ölkə ərazisində 500-ə yaxın məktəb və lisey şagirdlər tərəfindən işğal edilib. Xəbəri Yunanıstanın təhsil naziri Andreas Loverdos da təsdiq edib.
Nazirin sözlərinə görə, şagirdlər hökumətin tətbiq etməyə başladığı yeni təhsil sisteminə etiraz edirlər.