Hindistanda maraqlı hadisə baş verib. Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, adıçəkilən ölkənin Dakaçya kəndində meymunlardan birinin ölməsi yüzlərlə kişinin başlarının keçəl qırxdırmasına səbəb olub.
Bildirilir ki, kənddə yaşayan meymunlardan biri gölə düşərək ölüb və bu adət-ənənəyə görə matəm elan edilməsini zəruri edib. Həmin kəndin adət-ənənəsinə əsasən burada yaşayan 200 kişi başını keçəl qırxdırıb.