Qızın ayağı kanalizasiya qapağının arasında qaldı
11 avqust 2014 14:03 (UTC +04:00)

Qızın ayağı kanalizasiya qapağının arasında qaldı

Türkiyədə qəribə hadisə baş verib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, İstanbulda, Kadıköydə avtobusa minmək istəyən Ayşə Merve adlı qızın ayağı kanalizasiya qapağının arasında qalıb. Yarım saat ərzində köməksiz vəziyyətdə qalan 24 yaşlı Ayşe Merve müvafiq qurumlar tərəfindən xilas edilib.

 

Ayşe Merve xəstəxanaya yerləşdirilib. Burada onun ayağının zədələndiyi məlum olub.

 

Verilən məlumata görə, hadisəyə kanalizasiya qapağının qırıq olması səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2070
avatar

Oxşar yazılar