Poroşenko: “Slavyanskın təmizlənməsi, qələbə deyil, sıçrayışdır”
06 iyul 2014 05:37 (UTC +04:00)

Poroşenko: “Slavyanskın təmizlənməsi, qələbə deyil, sıçrayışdır”

0

Ukrayna prezidenti Pyotr Poroşenko bildirib ki, ölkənin şərqində, Donetsk vilayəti Slavyansk şəhərinin rusiyayönlü terrorçulardan təmizlənməsi “tam qələbə deyil, nəzərəçarpan sıçrayışdır”.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə,  3 aydan sonra Kiyevin bu şəhər üzərində nəzarəti bərpa etməsini o, ölkənin ərazi bütövlüyü uğrunda mübarizədə  “dönüş nöqtəsi” adlandırıb.

 

Xatırladaq ki, rusiyayönlülər Kramatorsk yaşayış məntəqəsindən də çıxarılıblar.
 

 

Slavyanskdan çıxarılan rusiyayönlü terrorçular Donetskə doğru hərəkət ediblər. Onlar şəhərlərdən çıxmalarını “taktiki geri çəkilmə” adlandırıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1252

Oxşar yazılar