“Taliban” hərəkatının rəhbərliyi Əfqanıstanda keçirilən prezident seçkisini pozmaqda yetərincə fəallıq göstərə bilmədiyi üçün döyüş komandirlərindən birini tutduğu vəzifədən azad edib.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu terrorçu təşkilatın Milli Təhlükəsizlik üzrə Rəhbərliyi bildirib ki, komandir Mövləvi Əbdül Qəyyum aprelin 5-də keçirilən prezident seçkisi zamanı məntəqələrə basqın edə bilmədiyi üçün rəhbərliyin “etimadını doğrultmayıb”.
O, həbs edilərək, Pakistan ərazisinə aparılıb.
“Taliban” isə xəstələndiyi üçün onun qonşu ölkəyə müalicə olunmağa getdiyi haqda xəbər yayıb.