ABŞ-ın Kanzas ştatının məhkəməsi keçmiş sıravi əsgər Bredli Menningiyə rəsmi olaraq, qadın adı götürməsinə icazə verilib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o, “Wikileaks” saytına gizli məlumatları ötürdüyü üçün 35 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənin qərarına əsasən, bundan sonra o, Çelsi Elizabet Menning adlanacaq.
Menning məhkəmə iclasında olmasa da, bəyanat yayıb. Həmin bildirişdə o, qərarını cəmiyyətin diqqətini “transgenderlərin” haqlarının müdafiəsinə cəlb etmək olduğu ilə əsaslandırıb.
Mənbə xatırladıb ki, ötən ilin avqustunda sıravi Menning 700 mindən artıq hərbi və diplomatik məlumatı ötürməkdə ittiham olunub.
Məhkəmənin qərarından sonra Menning bildirib ki, o, özünü Çelsi adlı qadın hesab edir və tezliklə harmonoterapiyaya başlamaq istəyir.