Lent.az-ın «RBK»-ya istinadən məlumatına görə, Avropa Birliyi də sanksiya tətbiq etdiyi Rusiya və Ukrayna vətəndaşlarının siyahısını açıqlayıb.
Mənbə bildirib ki, onların 13 Rusiya, 8 –i isə Ukrayna vətəndaşıdır.
Rusiyalıların 10-u Dövlət Duması və Federasiya şurasının üzvləridir (o cümlədən Sergey Jeleznyak və Leonid Slutskiy). Üçü hərbçidir – Rusiya Qara dəniz Donanmasının komandanı vitse-admiral Aleksandr Vitko, Qərb və Cənub dairələrinin komandanları - Anatoli Sidorov, Aleksandr Qalkin.
Mənbə qeyd edib ki, ABŞ-ın sanksiya siyahısı açıqdır. Ora Rusiyanın istənilən məmuru, o cümlədən Rusiya bankının məmurları, Federal məclisin üzvləri və əməkdaşları düşə bilər.
***
21.58
Lent.az-ın “Azadlıq Radiosu”-na istinadən məlumatına görə, Ağ Ev Krımın Ukraynadan ayrılaraq, Rusiyaya birləşdirilməsinə üçün siyasi təzyiqlə əlaqəli 11 rus rəsmisinin hesablarını dondurduğunu açıqlayıb.
ABŞ-ın sanksiyaları Avropa Birliyinin Rusiya və Ukraynadan olan 21 rəsmiyə səfər və ticarət qadağası qoymasından sonraya təsadüf edir.
Ağ evin sanksiyalar tətbiq etdiyi şəxslərin siyahısı:
Vladislav Surkov: Rusiya prezidentinin köməkçisi
Sergey Qlazev: Prezident Vladimir Putinin müşaviri
Leonid Slutski: Rusiya Dumasının deputatı, MDB ölkələri ilə əlaqə komitəsinin sədri
Andrey Klişas: Rusiya Federasiya Şurasının üzvü
Valentina Matviyenko: Rusiya Federasiya Şurasının sədri
Dmitri Roqozin: Rusiya Baş nazirinin müavini
Yelena Mizulina: Rusiya Dumasının deputatı
Sergey Aksyonov: Krım separatçı hakimiyyətinin baş naziri
Viktor Medvedçuk: "Ukrayna Seçimi" təşkilatının rəhbəri
Viktor Yanukovich: Ukraynanın sabir prezidenti
***
17.50
“Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Rusiya və Ukraynanın 21 vətəndaşından ibarət siyahını razılaşdırıblar. Bu şəxslərin AB məkanına girişinə qadağa qoyulur və onların Avropadakı aktivləri dondurulur”. APA-nın xəbərinə görə, bunu özünün “Twitter” səhifəsində Litvanın xarici işlər naziri Linas Linkyaviçyus yazıb. “Xarici işlər üzrə şura sanksiyaları razılaşdırdı – Ukrayna və Rusiyadan olan 21 şəxsin səfərlərinə qadağa qoyulur və aktivləri dondurulur. Bir neçə gün sonra AB tərəfindən daha ciddi tədbirlər görüləcək”, - deyə o, qeyd edib.
Qərarda bildirilir ki, ötən həftənin hadisələri və hansısa irəliləyişin əldə edilməməsi nəticəsində Şura Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə təhlükə törədilməsinə cavabdeh olan şəxslərə qarşı, onların səfərlərinə qadağa qoyulması və aktivlərinin dondurulması da daxil olmaqla, əlavə tədbirlərin görülməsinə dair qərar qəbul edib. Şura AB dövlət və hökumət başçılarının 6 mart 2014-cü il tarixli bəyanatını xatırladıb. Həmin bəyanatda deyilirdi ki, Ukrayna ilə Rusiya arasında çoxtərəfli mexanizmlər də daxil olmaqla, bir neçə gün ərzində danışıqlar başlamalı və qısa zamanda nəticə əldə olunmalıdır. Lakin Rusiya bu çağırışa əməl etməyib.
Sanksiyaya məruz qalan 21 nəfərin adı tezliklə açıqlanacaq.