9 nəfəri qətlə yetirən şəxs yaxalandı
19 iyun 2015 02:51 (UTC +04:00)

9 nəfəri qətlə yetirən şəxs yaxalandı

0

ABŞ-da afro-amerikanlıların kilsəsinə daxil olaraq 9 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, 21- yaşlı kaliforniyalı Dilan Ruf hadisənin törədildiyi Şimali Karolina ştatında yaxalanıb.

 

Qeyd olunur ki, qətlin irqi nifrət zəminində olmasının bütün əlamətləri var. Bundan başqa məlum olub ki, 2015-ci ilin martında D.Ruf narkotiklərlə bağlı cinayət işinin fiqurantı olub.

 

Xatırladaq ki, insident Şimali Karolina ştatının Çarlston şəhərində qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 405

Oxşar yazılar