9 azərbaycanlı qadın Pakistandan qovuldu
03 avqust 2015 23:54 (UTC +04:00)

9 azərbaycanlı qadın Pakistandan qovuldu

Pakistanın daxili işlər naziri bu ölkənin paytaxtı İslamabadda və ona yaxın Ravalpindi şəhərindəki bordellərdə məskən salmış, Azərbaycan və bəzi digər keçmiş sovet respublikalarından olan qadınlara qarşı xüsusi reydlərə göstəriş verib. Milli.Az virtualaz.org-a istinadən bildirir ki,  nazir Çaudri Nisar Əli Xanın göstərişi ilə 3 yüngül əxlaqlı qadın ölkədən deportasiya edilib. Daxili İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərə bildirib ki, nazir həmçinin Ravalpindi və İslamabad şəhərlərindəki bordellərin sahiblərinə və onları işlədənlərə qarşı xüsusi tədbirlər görülməsinə dair müvafiq orqanlara müraciət edib.

 

Məlumata görə, Pakistandan deportasiya edilən qadınlar bu ölkədə vizasız və pasportsuz yaşayıblar. Nazir son günlər keçirilən reydlərdə həbs edilən digər qadınların da dərhal deportasiya edilməsinə dair göstəriş verib.

 

Pakistan Daxili İşlər Nazirliyinin son günlər keçirdiyi reydlər zamanı Azərbaycandan olan 9 qadın saxlanılıb. Onları deportasiya etmək üçün xüsusi təcridxanada saxlayırlar. Pakistan Daxili İşlər Nazirliyi həmçinin Azərbaycandan olan qadınların bu ölkədə aparılaraq cinsi istismara məruz qoyulmasını təşkil edən şəbəkənin aşkara çıxarılması üçün istintaq aparır.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Pakistan polisi İslamabaddakı reydlərin birində fahişəliklə məşğul olan iki azərbaycanlı qadını saxlamışdı. Ancaq qadınlardan biri məhkəməyə aparılarkən polisin gözündən yayınmış və qaça bilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35