9 aydır xanımının qəbrinin yanında yatır
18 avqust 2014 16:48 (UTC +04:00)

9 aydır xanımının qəbrinin yanında yatır

Türkiyədəki 85 yaşlı qocanın xanımına olan sevgisi hər kəsi heyrətləndirib. Lent.az-ın faktxəbər-ə istinadən məlumatına görə, 69 illik həyat yoldaşını itirən Mustafa Çoban onun məzarı kənarında 9 aydır ki, keşik çəkir və orada yatır. M. Çoban həyat yoldaşını çox sevdiyi söyləyir, onun məzarı yanında yatmasının səbəbini isə belə açıqlayır: "O yalnız qalmaqdan qorxar".

 

 

Hər gün 5 km piyada yeriyərək məzarlığa gələn M. Çoban həyat yoldaşını 16 yaşında olarkən sevib. Günün çox saatını məzarlıqda keçirən bu ağsaqqal yoldaşının məzarının yanında uzanıb yatır.

 

Evdə qalmayan M. Çoban deyir ki, evdəki xatirələr ona ağırdır və həm də onu tərk etməyəcəyinə söz verib. "Acılarımı burada unuduram", deyən Mustafa onu indi də sevdiyini göz yaşları içində etiraf edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3449
avatar

Oxşar yazılar