Parisdə 98 yaşlı qadının 1.3 milyon avro dəyərində zinət əşyası oğurlanıb. Lent.az-ın “Figaro”ya istinadən verdiyi məlumata görə, çörək almaqdan qayıdarkən qadının qarşısını quldurlar kəsib. Naməlum şəxslər onun barmağından 400 min avroluq üzüyünü çıxarıblar. Sonra isə qadını evinə gətirən oğrular daha 6 ədəd üzüyü götürərək aradan çıxıblar.
Evdən götürülən üzüklərin hərəsinin 150 min avro qiyməti olub.