92 yaşlı qadın qaçış üzrə birinci oldu
02 iyun 2015 04:06 (UTC +04:00)

92 yaşlı qadın qaçış üzrə birinci oldu

Amerikalı Harriett Tompson dünyada marafon distansiyasının öhdəsindən müvəffəqiyyətlə gəlmiş ən qoca qadın oldu.

 

Lent.az-ın “axşam.az”-a istinadən məlumatına görə, 92 yaşlı H.Tompson San-Dieqoda 7 saat, 24 dəqiqə və 36 saniyə ərzində qaçış marafonu edib. O, 56 yaşlı oğlu Brenninin müşayiəti ilə finiş xəttini keçib.

 

H.Tompsonun rekordu yenilədiyi vaxt yaşı 92 il 65 gün olub. Bundan əvvəlki nailiyyəti isə 2010-cu ildə Qonoquluda yaşı 92 il, 19 gün olan Qledis Berrill əldə etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286

Oxşar yazılar