Martın 29-da Kuba Milli Assambleyasının növbədənkənar iclasında xarici sərmayəçilər haqqında qanun qəbul edilib.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu qanun xarici kapital, texnologiyanın ölkəyə daxil olmasına imkan yaradacaq.
Sənədin deputatlar tərəfindən birsəslə qəbul olunması ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcəyi ehtimal olunur.
İclasda çıxış edən nazirlər şurası sədrinin müavini Marino Murilo deyib ki, ölkə iqtisadiyyatının ildə 2 - 2,5 milyard dollarlıq xarici sərmayəyə ehtiyacı var.
Yeni qanun qəbul edildikdən 90 gün sonra qüvvəyə minəcək.