8 nəfəri öldürdü, restoranda intihar etdi
31 dekabr 2014 06:52 (UTC +04:00)

8 nəfəri öldürdü, restoranda intihar etdi

0

Kanadada naməlum kişi 8 nəfəri qətlə yetirib, sonra isə intihar edib. APA-nın “RİA Novosti”-yə istnadən verdiyi xəbərə görə, insident eyni zamanda Alberta əyalətinin iki şəhərini – Fort Saskaçevan və Edmonotone şəhərlərini əhatə edib.  

 

Edmonotone şəhərinin polis rəisi Rod Knextin sözlərinə görə, dekabrın 30-na keçən gecə üzərində güllə yaraları olan 8 cəsəd aşkarlanıb. Çağırış əsasında yaşayış evinə gələn polis əməkdaşları mənzildə 3 qadın, 2 kişi və 2 uşağın (oğlan və qız) meyitini aşkarlayıb.

 

Bir müddət sonra polis Эдмонтонe şəhərinin cənub-qərb hissəsində daha bir qadının meyitini aşkarlayıb.

 

Bundan sonra polisə  Fort Saskaçevan şəhərində naməlum kişinin intihar etməsi barədə məlumat daxil olub. Polis  onun 8 nəfəri qətlə yetirən şəxs olduğunu bildirir.

 

İnsidentin təfərrüatları hələlik açıqlanmır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 265

Oxşar yazılar