Türkiyənin Manavgat rayonunda evdə 17 yaşlı qızın meyiti aşkarlanıb.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, qızı 83 yaşlı nənəsinin öldürdüyü iddia edilir.
Memar Sinan məhəlləsi, Oymapınar küçəsindəki evdə iyulun 15-də ölü halda aşkarlanan 17 yaşlı Dilək Anbarla bağlı Manavgat Təhlükəsizlik İdarəsinin Asayiş şöbəsində cinayət işi açılıb.
Dilək Anbarı övladlığa götürən Hidayət və Fatma anbarların, eləcə də qətldə şübhəli bilinən 83 yaşlı nəzmiyyə Yutryapanın ifadəsi alınıb.
Yurtyapan polisə bildirib ki, 17 yaşlı qız bıçaqla ona hücum edib. 83 yaşlı qadın özünü qorumaq məqsədi ilə başındakı yaylıqla onu boğduğunu boynuna alıb.
N. Yurtyapan hadisədən sonra kürəkəni və qızını çağırdığını bildirib.
Hidayət və Fatma anbarlar, eləcə də Nəzmiyyə Yurtyapannın sağlamlıq durumu yoxlanıldıqdan sonra onlar ədliyyəyə aparılıb.