ABŞ-ın Missuri ştatında, Tayron şəhəri yaxınlığında naməlum kişi 7 nəfəri qətlə yetirib, sonra isə intihar edib.
APA-nın TASS-a istinadən məlumatına görə, qətlə yetirilən şəxslərin cəsədləri dörd ayrı-ayrı fərdi evlərdə aşkar edilib. Daha bir nəfərin yaralandığı bildirilir. Ölənlərin adları və yaşları açıqlanmır.
İlkin məlumata görə, qətliamı törədən 36 yaşlı kişi sonra intihar edib. İnsidentin təfərrüatları hələlik açıqlanmır.