Fransanın San Luar departamentində maraqlı hadisə baş verib. Lent.az-ın “figaro” saytına istinadən verdiyi məlumata görə, 77 yaşlı qadın polisə şikayət edərək qəbiristanlıqda zorlandığını bildirib.
Təhqiqat zamanı məlum olub ki, qadın hər həftə sonu axşam saatlarında ərinin məzarına gül gətirirmiş. Təcavüzkar isə onu izləyib və qəbiristanlıqda heç kimin qalmadığına əmin olduqdan sonra qadına hücum edərək onu zorlayıb.
Hadisəni törədən şəxsin 37 yaşı var və 2 uşaq atasıdır. Onun barəsində həbs qətimkan tədbiri seçilib.