Çilidə hüquq-mühafizə orqanları həyata keçirdikləri əməliyyat nəticəsində 770 kiloqram kokain və marixuana müsadirə ediblər.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, müsadirə olunan narkotik maddələrin qiyməti 15 milyon dollar təşkil edir.
Əməliyyat zamanı narkokartelin başçısı daxil olmaqla, 4 nəfər və içərisində 25 kisə narkotiklər olan yük maşını saxlanılıb. Qeyd olunur ki, polisi 3 ay ərzində dəstəni izləyib. Faktla bağlı cinayət işi açılıb.