2009-cu ildə özündən 35 yaş kiçik sevgilisi Yasəmən Öztürklə evlənən Türkiyənin tanınmış iş adamı Dikran Masis 70 yaşında ata olacaq.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamı 5 ay sonra körpəsini qucağına alacaq. Memar olan Yasəmən ana olacağını sosial şəbəkədə elan edib:
“Şükürlər olsun ki, bətnimdə döyünən bir qəlb var”.
D.Masis ata olacağı xəbərini eşitdikdən sonra xanımının qayğısına qalmağa başlayaraq onun yalnız İstanbuldakı işləri ilə məşğul olmasına icazə verib.
Qeyd edək ki, Dikran Masis Yasəmən Öztürklə ailə quranadək 3 dəfə evli olub. Onun bu evliliklərdən 3 uşağı var. İş adamının keçmiş həyat yoldaşları arasında müğənni Nüket Duru da olub.