“Rusiya qanunlarını pozduğu üçün 700 min əcnəbinin ölkəyə girişi yasaqlanıb”.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, aprelin 10-da Rusiya Federal Miqrasiya Xidməti bu haqda açıqlama verib.
“Rusiyanın miqrasiya haqqında qanununu pozduğu üçün 700 min əcnəbinin RF ərazisinə girişi qadağan edilib. Ən çox pozulan maddə onların Rusiya ərazisində qalma müddəti ilə bağlıdır”-deyə, qurumun mətbuat xidməti bildirib.