62 yaşlı kişi qurban kəsərkən öldü
04 oktyabr 2014 16:01 (UTC +04:00)

62 yaşlı kişi qurban kəsərkən öldü

0

 

Türkiyədə 62 yaşlı kişi qurban kəsərkən keçinib.

 

Lent.az-ın “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, Kayseri şəhərində yaşayan Həbib Bostan iki oğlu ilə birlikdə iri buynuzlu heyvanı qurban kəsmək üçün ayaqlarını bağlayıb yerə uzadıb. Bu vaxt heyvan çırpınmağa başlayıb. Heyvanın çırpınması nəticəsində H.Bostan müvazinətini itirərək yerə çırpılıb. Təcili tibbi yardım maşınıyla xəstəxanaya çatdırılan H.Bostanın infarkt keçirdiyi müəyyənləşib. Həkimlərin səylərinə baxmayaraq, 62 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2443

Oxşar yazılar