Moskvada 4 yaşlı uşaq travmatik silahla özünü yaralayıb. Lent.az-ın Vesti.ru-a istinadən məlumatına görə, hadisə axşam saatlarında baş verib. Oğlan atasının şkafda gizlətdiyi “OCA” markalı silahını tapıb. Ehtiyatsızlıqdan silah uşağın əlində açılıb və ağzından girib. Kəllə-beyin travması alan uşaq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb. Ehtimal ki, uşağın valideynləri evdə qanunsuz silah saxlamağa görə məsuliyyətə cəlb olunacaqlar.