4 nəfəri öldürüb, 7 nəfəri yaralayan yeniyetmə həbs edildi
24 yanvar 2016 04:54 (UTC +04:00)

4 nəfəri öldürüb, 7 nəfəri yaralayan yeniyetmə həbs edildi

Kanada polisi La Loş şəhərində  4 nəfəri qətlə yetirərək, 7 nəfəri yaralayan 17 yaşlı yeniyetmə barəsində həbs qətimkan tədbiri seçib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polis Kanada qanunvericiliyini əsas gətirərək, həbs edilən şəxsin kimliyini açıqlamayıb.   

 

Qeyd edək ki, həbs olunan yeniyetmə evdə 13 və 16 yaşlı qardaşlarını qətlə yetirdikdən sonra silahla məktəbə hücum edib. Burada onun açdığı atəş nəticəsində, ümumilikdə, 9 nəfər yaralanıb. Yaralananlardan ikisi sonradan xəstəxanada keçinib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232
avatar

Oxşar yazılar