3D-printer vasitəsilə ofis binası tikiləcək
08 iyul 2015 22:42 (UTC +04:00)

3D-printer vasitəsilə ofis binası tikiləcək

Dubayda 3D-printerin köməyi ilə ofis binasının inşası planlaşdırılır.

 

Lent.az-ın “azərtac”-a istinadən məlumatına, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Nazirlər Kabineti işləri üzrə dövlət naziri Məhəmməd əl-Qarqavi bildirib.

 

Nazirin sözlərinə görə, ümumi sahəsi 185 kvadratmetr təşkil edən birmərtəbəli tikili hündürlüyü altı metrdən çox olan printerdə laylar üzrə yaradılacaq. Həmçinin qurğunun köməyi ilə binanın struktur komponentləri və interyer əşyaları çap ediləcək. İnteryer əşyalarının hazırlanmasında dəmir-beton, gips, armaturlu şüşə və plastikdən istifadə olunacaq.

 

Çinin binaların inşasını həyata keçirən ilk şirkəti olan “Winsun” şirkəti bir neçə həftəyə ərsəyə gəlməsi nəzərdə tutulan bu layihədə iştirak edəcək. Cari ilin əvvəlində şirkət 3D-printer vasitəsilə yaradılan beşmərtəbəli yaşayış evi və villanı təqdim edib.

 

Üçölçülü printerlər ənənəvi bina tikintisi ilə müqayisədə tikinti müddətini 50-70 faiz, iş xərclərini isə 50-80 faiz azaltmağa imkan verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222
avatar

Oxşar yazılar