Nigeriya, Çad, Kamerun və Niger hərbçilərinin birgə əməliyyatı nəticəsində Nigeriyada 36 yaşayış məntəqəsi “Boko Haram” silahlılarından azad edilib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Nigeriya təhlükəsizlik xidmətindən bildirib.
Məlum olduğu kimi, bu ildən qonşu Çad, Kamerun və Niger “Boko Haram” terror təşkilatı ilə mübarizə üçün Nigeriyaya qoşulublar.
Xatırladaq ki, 2009-cu ildən etibarən “Boko Haram” terrorçu təşkilatı Nigeriyada 13 min insanın ölümünə səbəb olub. 1,5 milyon insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. 2013-cü ilin mayında Nigeriyanın prezidenti Qudlak Conatan ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edərək “Boka Haram” qruplaşmasına qarşı hərbi əməliyyatın başlanmasını bəyan edib.