1982-ci ildə fırtına nəticəsində İtkin düşmüş fransız alpinistin cəsədi Alp dağlarının Monblan hissəsində aşkarlanıb.
Lentö.az-ın “Foks nyus”-ya istinadən məlumatına görə, 23 yaşlı Patrisiya Xevert 1982-ci il martın 1-də tək Monblan dağına yol alıb. Qar fırtınasının yaxınlaşdığını öyrənən atası xilasedicilər komandasını çağırıb. Çətin hava şəraiti ucbatından onda bu gənci xilas etmək mümkün olmayıb.
2014-cü il iyulun 3-də Patrisiya Xevertin cəsədi tapılıb. Üstündə aşkarlanan sənədlər onun kimliyini təsdiqləyib.