Suriyanın İdlib əyalətinin Cisr eş-Şuğur şəhərində “Cabhat ən-Nusra” terrorçu qruplaşmasının 300-dən artıq üzvü məhv edilib, yüzlərlə ekstremist yaralanıb. Lent.az-ın məlumatına görə, bu barədə Suriyanın SANA informasiya agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə hökumət qoşunlarının şəhər xəstəxanasını “Cabhat ən-Nusra” qruplaşmasının mühasirəsindən xilas etməsi məqsədilə kütləvi hücumu nəticəsində baş verib.