“Göyərtəsində 300 nəfər olan “Boinq-777”-ni rusiyayönlü terrorçular vurub” - <span style="color:red;">YENİLƏNİB
17 iyul 2014 21:15 (UTC +04:00)

“Göyərtəsində 300 nəfər olan “Boinq-777”-ni rusiyayönlü terrorçular vurub” - YENİLƏNİB

0

“Malaysia Airlines” hava şirkətinə məxsus “Boinq-777”-nin “Buk” zenit-raket kompleksi vasitəsi ilə vurulduğu bildirib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu haqda Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bəyanat verib.

 

Onun sözlərinə görə, 10 km yüksəklikdə uçan təyyarəni rusiyayönlü terrorçular vurub.

 

 

***

20.37

“Malaysia Airlines” hava şirkətinə məxsus “Boinq-777” Ukraynanın Donetsk vilayətində 80 km aralı, Snejnoye yaşayış məntəqəsində yerə düşərək, dağılıb.

 

Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, təyyarə Amsterdam – Kuala-Lumpur reysi üzrə uçuş edirmiş. Rusiya hava məkanına 50 km qalmış təyyarə qəflətən enməyə başlayıb və onu Ukrayna ərazisində yanmış vəziyyətdə aşkarlayıblar.

 

Təyyarənin göyərtəsində 280 sərnişin, 15 pilot üzvü olub.

 

Ukraynanı hüquq-mühafizə orqanları “Boinq-777” Donetsk ərazisinə düşdüyünü təsdiqləyib.

 

Bəzi mənbələr təyyarənin 10 km yüksəklikdə vurulduğunu iddia edir. Ancaq bu xəbərə rəsmi təsdiqini hələ tapmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3484

Oxşar yazılar