Polşada yaşayan 28 yaşlı Mişel Perlinski 33 dildə danışa bilir, 33 dildən on beşində isə ana dili kimi danışır.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, Almaniyanın Ruhr Universitetində təhsil alan gənc oğlan polyakca (ana dili), almanca, ingiliscə, fransızca, italyanca, ispanca, portuqalca, hollandca, çexcə, rusca, danimarkaca, isveçcə, norveçcə, rumınca, yunanca, türkcə, fincə, macarca, ərəbcə, ibrani dilində, çincə danışa bilir.
Beynin quruluşunu və funksiyalarını araşdıran mütəxəssislər Perlinskinin dil öyrənməyi məntiq çərçivəsində etmədiyini, şəkil yaddaşına sahib olduğu üçün gördüklərini beyninə həkk edərək öyrəndiyini deyirlər. O, yaddaşı güclü olduğu üçün asanlıqla dil öyrənə bilir. Bir sözü iki dəfə gördükdən sonra heç vaxt unutmadığını deyir.